Ermənistana xarici hərbçilər yerləşdirilməyəcək - Sənəd hazırlanır

ermenistana-xarici-herbciler-yerlesdirilmeyecek
Oxunma sayı: 1775

Moskva və Yerevan Ermənistanda əcnəbi hərbçilərin olmayacağına zəmanət verən sənədin hazırlığını başa çatdırır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya XİN başçısı Sergey Lavrov Ermənistan ərazisində mövcud olan ABŞ-a məxsus bioloji laboratoriyalarla bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, həmin sənəd təhdid və risklər nöqteyi-nəzərindən şəffaflığı təmin edəcək.