Ermənistanda 13 nümayişçi saxlanıldı

ermenistanda-13-numayisci-saxlanildi
Oxunma sayı: 707

Ermənistanın İstintaq Komitəsi İcevan şəhərində polislə toqquşma ilə bağlı cinayət işinə başlayıb.

“Qafqazinfo”nun “Sputnik Gürcüstan”a istinadən verdiyi xəbərə görə, hadisələr fonunda 13 nəfər saxlanılıb. Bundan başqa, 6 nümayişçidən başqa yerə getməməklə bağlı iltizam alınıb.

Qeyd edək ki, iyulun 18-də səhər saatlarında etirazçılar Gürcüstana gedən avtomobil yolunu kəsiblər və onlara meşələrdə odunları tədarük etməyə icazə verməyi tələb ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları yolu açmağa çalışıblar. Bu zaman etirazçılarla polis əməkdaşları arasında toqquşma başlayıb. 

Aksiya zamanı polislər və vətəndaşlar xəsarət alıblar.