Ermənistanda 66 aksiya iştirakçısı saxlanılıb

ermenistanda-66-aksiya-istirakcisi-saxlanilib
Oxunma sayı: 799

Ermənistanda 66 aksiya iştirakçısı saxlanılaraq polis bölməsinə aparılıb. 

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, daha əvvəl güc strukturları növbəti dəfə mitinq təşkilatçılarını hüquqa zidd hərəkətlərə son verməyə çağırmışdı. Əks halda asayiş keşikçiləri tərəfindən görüləcək tədbirlərin nəticəsinə görə təşkilatçıların məsuliyyət daşıyacaqları bəyan olunmuşdu. 

Qeyd edək ki, aprelin 13-dən müxalif fraksiya lideri Nikol Paşinyanın başlatdığı etiraz aksiyası bu gün də davam edib.