Ermənistanda ara yenidən qarışdı - Parlamentin girişi tutuldu

ermenistanda-ara-yeniden-qarisdi
Oxunma sayı: 3237

Ermənistan Parlamentinin deputatları ikinci dəfə baş nazirin seçilməsi zərurəti yarandıqda qanunverici orqanın buraxılmasına mane olmağı nəzərdə tutan qanun layihəsini qəbul ediblər.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bundan sonra Yerevan sakinləri parlament binasının girişini bağlayaraq millət vəkillərinin binadan çıxışına əngəl olublar. Etirazçıları buna səsləyən isə baş nazir Nikol Paşinyan olub.

O, etirazçılara binaya daxil olmamağı tapşırsa da, onlardan bəziləri binaya girməyə çalışıb. Binanın daxilinə hücum cəhdinin qarşısı millət vəkilləri tərəfindən alınıb.

Paşinyan deputatlarla danışıqlar aparmaq üçün parlament binasına yollanıb.