Ermənistanda Azərbaycan film festivalı keçiriləcək

ermenistanda-azerbaycan-film-festivali-kecirilecek
Oxunma sayı: 635

APA-nın festivalın təşkilatçısı olan “Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzi”nə istinadən yaydığı məlumata görə, Gümrü Jurnalistlər Klubunda 2007-2008-ci illərdə Azərbaycanda çəkilmiş 4 qısametrajlı (bir sənədli, 3 bədii) filmin nümayişi planlaşdırılır. Səsvermə nəticəsində filmlərdən biri “Tamaşaçı simpatiyası” nominasiyası üzrə qalib elan olunacaq. Filmlər erməni dilinə tərcümə olunub. Festival Böyük Britaniya və ABŞ-ın Ermənistandakı səfirliklərinin dəstəyi ilə keçirilir.

Xatırladaq ki, mərkəz 2010-cu ilin noyabrında İrəvanda analoji tədbir keçirmək istəsə də, heç bir səbəb açıqlanmadan təşkilatçılara yer verilməməsi nəticəsində festival baş tutmayıb.