Ermənistanda bu gün 107 etirazçı saxlanılıb

ermenistanda-bu-gun-107-etirazci-saxlanilib
Oxunma sayı: 998

Ermənistanda bu gün Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz edən 107 nümayişçi saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, saxlanılan etirazçılar polis bölmələrinə aparılıblar. Onlara qarşı ittiham irəli sürülüb. 

Digər nümayişçilər isə “Elk” fraksiyasının lideri Nikol Paşinyanın rəhbərliyi altında Kiyev körpüsünə qədər irəliləyiblər. Burada üç yük maşını sürücüsü yolu kəsərək etirazçılara dəstəklərini nümayiş etdiriblər.