Ermənistanda cinayətkar dəstə tutuldu

ermenistanda-cinayetkar-deste-tutuldu
Oxunma sayı: 994

Ermənistanda hərbi xidmətdən yayınmaq istəyənlərə saxta sənədlər hazırlayan dəstə saxlanılıb.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadla xəbər verir ki, məlumatı ölkənin Milli Təhlükəsizlik Xidməti yayıb. Bildirilir ki, Aramais Sanoyan adlı həkim bu işdə əsas şəxslərdən biri hesab edilir. Belə ki, Sanoyan xidmətdən yayınmaq və ya möhlət almaq  istəyənlərə saxta tibbi arayış verib.  

Bu işdə hərbi çağırış məntəqəsinin keçmiş əməkdaşı Kolya Kosakyan, Respublika Hərbi Komissarlığının hərbçisi S.M və Qeqarkunik vilayətinin hərbi komissarı Qarik Arakelyanın da olduğu yazılır. 

Məlumatda qeyd edilir ki, Kosakyan əlaqələrindən istifadə edərək xidmətdən yayınmaq istəyən bir nəfərdən 14 min dollar alıb. Daha sonra isə o, başqa şəxsə saxta tibbi sənəd almaq üçün Respublika Hərbi Komissarlığında çalışan tanışı S.M və Qarik Arakelyandan kömək alaraq 11 min alıb.  Hər üç şəxs barəsində cinayət işi açılıb, ittiham irəli sürülüb.

Aysel Kərimova