Ermənistanda daha bir 19 yaşlı əsgər güllələnib

ermenistanda-daha-bir-19-yasli-esger-gullelenib
Oxunma sayı: 768

Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində növbəti əsgər yaralanması baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gün olub. 19 yaşlı hərbçi Andranik Ovanisyan başından aldığı güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, dekabrın 16-da 19 yaşlı əsgər Rafiq Vaqanyan gözündən aldığı güllə yarası ilə xəstəxanaya yerləşdirilmişdi. Daha sonra onun əsgər yoldaşı tərəfindən yaralandığı məlum olmuşdu.