Ermənistanda daha bir aclıq aksiyası

ermenistanda-daha-bir-acliq-aksiyasi
Oxunma sayı: 642

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, Aram Arutunyan Mərkəzi Seçki Komissiyasının binası qarşısında vəd etdiyi aksiyaya start verib. Arutunyan aclıq aksiyası ilə fevralın 18-də keçiriləcək seçkilərə qədər bütün prezidentliyə namizədləri geri çəkilməyə, bununla da seçkilərdə Serj Sarkisyanı tək qoymağa çağırıb.

Qeyd edək ki, bir müddət əvvəl digər namizəd Andreas Qukasyan da aclıq aksiyasına başlamışdı. Artıq 18 gündür ki aksiyanı davam etdirən Qukasyanın səhhətinin getdikcə pisləşdiyi bildirilir.