Ermənistanda daha bir yüksək vəzifəli istefa verdi

ermenistanda-daha-bir-yuksek-vezifeli-istefa-verdi
Oxunma sayı: 2005

Ermənistanda İstintaq Komitəsinin sədri Aqvan Ovsepyan istefa verib. “Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, həmkarları ilə bu gün vidalaşan Ovsepyan yeni gələcək rəhbərliyə uğurlar arzulayıb. 

İstefanın səbəbləri isə açıqlanmır. Qeyd edilir ki, o bu vəzifəyə 2014-cü ildə təyin olunmuşdu. 

Xatırladaq ki,  Ermənistanda Milli Təhlükəsizlik Xidməti əməkdaşlarının mülki vətəndaşları  döyməsini əks etdirən görüntülərin yayılmasından sonra ölkədə etiraz aksiyalarına start verilmişdi. Bununla əlaqədar, qondarma Dağlıq Qarabağın Milli Təhlükəsizlik Xidmətinin direktoru, dövlət naziri və qondarma respublikanın polis rəisi, həmçinin Ermənistanın Xüsusi İstintaq Xidmətinin rəisi istefa vermişdi.