Ermənistanda deputatlar əlbəyaxa oldular - Merin “hədiyyə”sinə görə+Video

ermenistanda-deputatlar-elbeyaxa-oldular
Oxunma sayı: 2643

Yerevanda şəhər merinin də iştirak etdiyi şəhər şurasının iclasında qarşıdurma yaşanıb.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, dava “Ərik ölkəsi” müxalifət fraksiyasının nümayəndələrinin kanalizasiya sisteminin təmir edilməsini tələb edən paytaxtın Nubaraşen rayon sakinlərinin etirazını dəstəkləməsi ilə başlayıb.

Müxalifət nümayəndəsi rayon sakinlərindən "hədiyyə" adı ilə iclas zalına kanalizasiya suyu ilə doldurulmuş banka gətirərək onu Yerevan meri Taron Marqayana təqdim etmək istəyib.

Deputatlar və meriya işçiləri qadın müxalifətçiyə mane olmağa çalışıblar, nəticədə çirkli su yerə dağılıb. Baş verən qarşıdurmaya son qoymaq üçün polis çağırılıb. İclas isə yarımçıq qalıb.