Ermənistanda əcnəbi məhbus özünü asdı

ermenistanda-ecnebi-mehbus-ozunu-asdi
Oxunma sayı: 1554

“Armavir” cəzaçəkmə müəssisəsində həbsdə olan Moldova vətəndaşı həbsxana kamerasında intihar edib.

“Qafqazinfo” Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

42 yaşlı moldovalı məhbusun özünü barmaqlıqdan asması barədə məlumat avqustun 11-də səhər saat 04:40-da daxil olub.

Hadisə yerinə operativ-istintaq qrupu gəlib. Məhkəmə-tibbi ekspertizası təyin olunub.

Məhbusun ölümü faktı üzrə “ölüm həddinə çatdırma” maddəsi üzrə cinayət işi başlanıb. Hadisənin təfərrüatları araşdırılır.