Ermənistanda eks-baş nazirin bacısı universiteti məhkəməyə verdi

ermenistanda-eks-bas-nazirin-bacisi-universiteti-mehkemeye-verdi
Oxunma sayı: 655

Ermənistanın keçmiş baş naziri Tiqran Sarkisyanın bacısı Anna Sarkisyan Yerevan Dövlət Tibb Universitetini məhkəməyə verib. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Jamanak” qəzeti yazıb. 

Nəşrin məlumatına görə, uzun illər universitetdə xarici tələbələrlə iş üzrə dekan vəzifəsində çalışan A. Sarkisyan əmək müqaviləsinin ləğv edilməsi haqqında qərarın etibarsız sayılmasını və əvvəlki vəzifəsinə bərpa edilməsini tələb edir.

Qəzet qeyd edir ki, o, yenidən dekan vəzifəsi uğrunda keçirilən seçkilərdə iştirak edib, lakin 7 nəfər lehinə, 56 nəfər isə əleyhinə səs verib. Nəticələrdən narazı qalan Anna Sarkisyan müəssisəni məhkəməyə verib.