Ermənistanda əsgər əsgəri güllələdi

ermenistanda-esger-esgeri-gulleledi
Oxunma sayı: 945

Ağdərə yaşayış məntəqəsində dislokasiya olunan altıncı dağ atıcı alayın ərazisindəki postda hərbi qulluqçular arasında münaqişə baş verib.

“Qafqazinfo”nun məlumatına görə, mübahisə zamanı qumbaraatan vəzifəsində xidmət edən hərbi qulluqçu Aram Xaçaturyan xidmət yoldaşı David Harutunyanı avtomatla başından güllələyib.

Xəstəxanaya aparılarkən ağır yaralanmış hərbi qulluqçu D.Harutunyan yolda ölüb.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.