Ermənistanda əsgərin ölümünə görə mayor saxlanılıb

ermenistanda-esgerin-olumune-gore-mayor-saxlanilib
Oxunma sayı: 783

Ermənistan prokurorluğu əsgər Çaplin Markaryanın ölümündə şübhəli bilinən hərbçini saxlayıb.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, Markaryan oktyabrın 10-da mühəndis işləri görərkən odlu silahdan açılan, döş qəfəsindən dəyən atəşlə ölüb. 

Məlum olub ki, iş zamanı təhlükəsizlik qaydalarına əməl olunmayıb, xüsusilə təhlükəsizlikdən məsul olan şəxsin qaydalara etinasızlığı əsgərin ölümünə gətirib çıxarıb. 

Faktla bağlı cinayət işi açılıb və mayor T.P saxlanılıb.