Ermənistanda generalın oğlu silahlı insident törətdi

ermenistanda-generalin-oglu-silahli-insident-toretdi
Oxunma sayı: 1441

Sentyabrın 4-də Yerevan-Armavir şossesində silahlı münaqişə baş verib.

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən məlumatına görə, 26 yaşlı Ara Qriqoryan 30 yaşlı Koryun X. adlı şəxsə "Kimar" markalı tapançasından 2 dəfə atəş açıb və hadisə yerindən uzaqlaşıb. Koryun atəşdən yayına bilib. Polis Üçmüədzin sakini olan Aranı şübhəli şəxs qismində saxlayıb. Axtarış zamanı onun üzərindən bıçaq da tapılıb.

Daha sonra məlum olub ki, saxlanılan şəxs Ermənistan parlamentinin keçmiş deputatı, general Manvel Qriqoryanın oğludur. Ara Qriqoryan soruğu-sualdan sonra sərbəst buraxılıb və ona ölkəni tərk etmək qadağan olunub. Hazırda faktla bağlı araşdırmalar aparılır.