Ermənistanda hadisələr qızışır

ermenistanda-hadiseler-qizisir
Oxunma sayı: 645

Ermənistan mətbuatının xəbərlərinə görə, fevralın 21-də prezident Serj Sərkisyanla görüş keçirən, ancaq detallarını ertsi gün açıqlayacağını deyən Ovanisyan Daşnaksütun Partiyasının liderləri ilə danışıqlar aparıb. Dünən isə o ABŞ-ın İrəvandakı səfiri Con Heffern və ATƏT müşahidə missiyasının rəhbərləri ilə görüşüb. İrs Partiyası Azadlıq meydanında üç gün dalbadal mitinq keçirilməsi üçün İrəvan meriyasına müracit etsə də meriya buna icazə verməyib.
Mətbuat isə yazıb ki, Sərkisyan Ovannisyana hakim koalisiyada yer almağı təklif edib. “Fikirləş” deyə Sərkisyan Ovannisyana bildirib. Ermənistan prezidenti hakim partiyanın icra orqanına deyib ki, onların problemi yoxdur: “Qoy qərarlaşdırsınlar, sonra gəlib nə qərara gəldiklərini desinlər. Biz hər üç ssenariyə hazırıq.”
Lakin Ovannisyanın Sərkisyanla görüşdən sonra Daşnaksütun Partiyasına getməsi və bütün müxalifəti onunla birləşməyə çağırması göstərib ki, keçmiş xarici işlər naziri hakimiyyətə ortaq olmaq istəmir. 22 fevralda, saat 17-də onun tərəfdarlarının növbəti mitinqi başlayıb, Ovannisyan tərəfdarları qarşısında qısa nitqlə çıxış edib, deyib ki, Sərkisyanla danışıqlarını aksiyanın gedişində açıqlayacaq. Mitinqə Daşnaksütun Partiyasının liderlərindən Armen Rüstəmyan da qatılıb. Çıxışçılar Sərkisyanın qələbəsini saxta adlandırıblar. Ovannisyan isə çıxışında deyib ki, o ölkənin bütün regionlarında mitinqlərə başlayacaq. O, Spitak, Artaşat, Vanadzor, Gümrü regionlarında bu gün aksiyaların keçiriləcəyini, fevralın 24-də isə İrəvanda yenidən mitinq olacağını açıqlayıb. /musavat.com/