Ermənistanda hakimlərə silah veriləcək

ermenistanda-hakimlere-silah-verilecek
Oxunma sayı: 1069

Ermənistanda hakimlər fəaliyyətləri dövründə tabel silahları əldə edəcəklər.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, müvafiq qərar bu gün hökumət tərəfindən qəbul edilib. Qərara əsasən, silahlar hakimlərə özünümüdafiə məqsədi ilə polislər tərəfindən veriləcək. 

Xidmət müddəti başa çatdıqda isə, hakimlər bir həftə ərzində silahları və digər özünümüdafiə vasitələrini təhvil verməlidirlər.