Ermənistanda hərbi hissə komandiri həbs edildi

ermenistanda-herbi-hisse-komandiri-hebs-edildi
Oxunma sayı: 1109

Ermənistanda hərbi hissələrdən birinin komandiri həbs olunub və mühüm qeydlərin olduğu bloknot ələ keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Ermənistan İstintaq Komitəsi hərbi hissə komandirini külli miqdarda rüşvət almaqda şübhəli bilir və faktla bağlı araşdırmaya başlayıb. 

Ötən gün komandirin kabinetində axtarış aparılıb. Axtarış zamanı istintaq üçün mühüm qeydlərin olduğu bloknot və pul köçürməsi ilə bağlı qəbz aşkarlanıb. 

Komandir haqda həbs qətimkan tədbiri seçilib.