Ermənistanda hərbi təyyarə qəzaya düşdü - 2 pilot öldü +Fotolar

ermenistanda-herbi-teyyare-qezaya-dusdu
Oxunma sayı: 3599

Ermənistanda təlim zamanı Su-25 hücum təyyarəsi yoxa çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Təyyarə Gümrü aeroportundan uçuş həyata keçirib. Hazırda axtarış-xilasetmə işləri aparılır. 

Nazirliyin məlumatına görə, ekipaj iki nəfərdən ibarət olub. 

***

Gümrü səmasında yoxa çıxan qırıcı təyyarənin qalıqları aşkarlanıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan feysbuk hesabında yazıb. 

O bildirib ki, qəzada pilotlar – polkovnik leytenant Armen Babayan və mayor Movses Manukyan dünyasını dəyişib.