Ermənistanda hərbi yük maşını aşdı - 11 yaralı

ermenistanda-herbi-yuk-masini-asdi
Oxunma sayı: 967

Ermənistanın Tavuş vilayətinin Baqanis kəndi ərazisində hərbçiləri daşıyan avtomobil qəzaya uğrayıb. “Qafqazinfo” xəbər verir ki, səhər saatlarında içərisində 11 əsgər olan "QAZ 66" markalı yük maşını aşıb.  

Müdafiə nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan məlumatı feysbukda təsdiqləyərək itki olmadığını bildirib. O, yaralananların olduğunu, onların Noyemberyan xəstəxanasına yerləşdirildiyini yazıb.

Hadisə barədə əlavə məlumat verilməyib, qəzanın səbəbləri araşdırılır.

 Aysel Kərimova