Ermənistanda hökumət istefaya gedib

ermenistanda-hokumet-istefaya-gedib
Oxunma sayı: 835

Ermənistan prezidenti Serj Sarkisyan parlamentin ilk iclasında hökumətin istefasını qəbul edib.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, ölkə qanunvericiliyinə uyğun olaraq, hökumət yeni çağırış parlamentin ilk iclasında istefaya gedir. Ölkə prezidenti baş naziri istefadan sonrakı 10 gün ərzində təyin edir. Nazirlər Kabineti isə baş nazirin təyinatından sonrakı 20 gün ərzində formalaşır.