Ermənistanda keçmiş nazir müavini həbs olundu

ermenistanda-kecmis-nazir-muavini-hebs-olundu
Oxunma sayı: 723

İrəvanda “Vərəmlə Mübarizə Milli Mərkəzi” qeyri-kommersiya dövlət təşkilatında aşkarlanan sui-istifadə faktları üzrə açılan cinayət işi çərçivəsində səhiyyə nazirinin keçmiş müavini Vaan Poqosyan həbs edilib.

“Qafqazinfo”nun “News.am” saytına istinadən verdiyi xəbərə görə, İstintaq komitəsindən bildirilib ki, aparılan audit nəticəsində təşkilatın səlahiyyətli şəxsləri tərəfindən çoxsaylı qanun pozuntuları, qurumun vəsaitlərinin mənimsənilməsi və vəzifə səlahiyyətlərindən sui-istifadə halları aşkarlanıb. 

Qanun pozuntularının 2014-2018-ci illərdə törədildiyi, bu işdə səhiyyə nazirinin eks-müavini Vaan Poqosyanın əli olduğu ortaya çıxıb. O, bu gün həbs edilib.