Ermənistanda korrupsiya 2,5 dəfə artıb

ermenistanda-korrupsiya-25-defe-artib
Oxunma sayı: 638

Ermənistanda bu ilin ilk 10 ayında korrupsiya cinayəti 2,5 dəfə artıb.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Ermənistanın Dövlət Statistika Komitəsinin hesabatında deyilir. Yanvar-oktyabr  aylarında 1237 korrupsiya cinayəti faktı qeydə alınıb ki, bu da ötən illə müqayisədə 2,4 dəfə çoxdur.

Bundan başqa, 483 iqtisadi fəaliyyət əleyhinə cinayət faktı qeydə alınıb. Ötənilki göstərici isə 453  olub.

Saxta pulların hazırlanması, saxlanması və dövriyyəsi cinayəti ilə əlaqədar 144 (ötən ildəkindən 2,7 dəfə çox) fakt aşkarlanıb.

10 ay ərzində Ermənistanda törədilən cinayətlərin sayı 13, 3% artaraq 18 min 208 olub.