Ermənistanda kriminal avtoritetin oğlu öldürülüb - Arvadı saxlanıldı

ermenistanda-kriminal-avtoritetin-oglu-oldurulub
Oxunma sayı: 650

Ermənistanda kriminal avtoritetin oğlu öldürülüb.

Qafqazinfo” xəbər verir ki, avtoritet Edik Martirosyanın oğlunun meyiti Quqark kəndində evlərdən birində aşkarlanıb. 

33 yaşlı kişinin odlu silahdan açılan atəşlə öldürüldüyü təsdiqlənib. Hadisə yerində tapança tapılıb. İlkin məlumata görə, Martirosyan ailə münaqişəsi zəminində arvadı tərəfindən qətlə yetirilib. 

Qeyd edək ki, kriminal avtoritet özü digər oğlu ilə birgə 2014-cü ildə maşınlarına açılan atəşlə öldürülmüşdülər.