“Ermənistanda monopoliya olmayacaq” - Paşinyan vəd verdi

ermenistanda-monopoliya-olmayacaq
Oxunma sayı: 2319

“Mən baş nazir seçiləndən sonra Ermənistanda monopoliya olmayacaq”.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində müxalifət lideri Nikol Paşinyan deyib: “Mən artıq bir dəfə də bəyan etmişəm ki, monopoliya olmayacaq. Bütün bu vədlərin real olacağını görəcəksiniz”. 

Qeyd edək ki, Paşinyanın baş nazir seçilib-seçilməməsi Ermənistan parlamentinin mayın 8-də keçiriləcək iclasından sonra müəyyən olunacaq. O, bu posta yeganə namizəddir. 

Nuranə