Ermənistanda Müdafiə Nazirliyində yoxlamalar aparılacaq

ermenistanda-mudafie-nazirliyinde-yoxlamalar-aparilacaq
Oxunma sayı: 1079

Ermənistanda Dövlət Nəzarət Xidməti Müdafiə Nazirliyində yoxlamalar aparacaq. 

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə DNX-nin mətbuat rəhbəri David Sanasaryan danışıb. O, bildirib ki, yoxlamalar təkcə, satınalmaların həyata keçirilməsi ilə bağlı deyil, ümumilikdə nazirliyin fəaliyyəti gözdən keçiriləcək.

Sanasaryan onu da qeyd edib ki, nazirlikdə korrupsiya olduğu barədə məlumatlar alıblar və yoxlamalar onun əsasında başlayır. 

Aysel Kərimova