Ermənistanda müxalifət lideri sərbəst buraxıldı

ermenistanda-muxalifet-lideri-serbest-buraxildi
Oxunma sayı: 2558

“Elk” parlament fraksiyası lideri, ötən gün baş nazir Serj Sarkisyanla görüşdən sonra saxlanılan Nikol Paşinyan azadlığa buraxılıb.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, Paşinyan bildirib ki, hərəkatın bütün saxlanılan fəalları azad edilməlidirlər. 

Paşinyanla yanaşı, deputatlar Sasun Mikaelyan və Ararat Mirzoyan da azadlığa çıxıb. 

Qeyd edək ki, Paşinyan bu gün Ermənistan baş nazirinin birinci müavini Karen Karapetyanla danışıqlar aparıb və görüşün nəticəsində sərbəst buraxılıb.