Ermənistanda narkomanların sayı artıb

ermenistanda-narkomanlarin-sayi-artib
Oxunma sayı: 654

Ermənistanda rəsmi qeydiyyatda olan narkotik istifadəçilərinin sayı ötən illə müqayisədə 6 % artıb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, 2019-cu il yanvarın 1-dək olan məlumata görə, 6951 nəfər qeydiyyatdan keçib, onlardan da 116-sı qadındır.  

Yaş həddinə gəldikdə isə, 28-49 yaş arası şəxslərin 63 %-i, 50-54 yaş arası şəxslərin 18 %-i, 27 yaşdan cavan şəxslərin isə 19 %-i bu bəladan əziyyət çəkir. 

Narkomanların 52 %-i Yerevan şəhərində yaşayır.