Ermənistanda nazirliyə məxsus “KamAZ” aşdı - 4 əsgər öldü

ermenistanda-nazirliye-mexsus-kamaz-asdi
Oxunma sayı: 1427

Ermənistan Müdafiə Nazirliyinə məxsus “KamAZ” markalı yük maşını qəzaya düşüb.

“Qafqazinfo” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, maşının aşması nəticəsində dörd əsgər ölüb. 

Yük maşınında ümumilikdə 21 hərbçi olub. Yerdə qalan 17 hərbçidən səkkizi müxtəlif dərəcəli xəsarətlər alıb. Ölənlərin hamısı 1998-ci il təvəllüdlüdürlər. 

Qəzada yaralı hərbçilər də var. 

Ermənistan Müdafiə Nazirliyi faktı təsdiqləyib.