Ermənistanda Paşinyana gözlənilməz ad günü “sürpriz”i - 30 nəfər saxlanıldı

ermenistanda-pasinyana-gozlenilmez-ad-gunu-surprizi
Oxunma sayı: 3227

Ermənistan baş naziri Nikol Paşinyanın əleyhdarları bu gün Yerevan və daha 12 şəhərdə etiraz aksiyası keçiriblər.

“Qafqazinfo” “Ria Novosti”yə istinadən xəbər verir ki, aksiya iştirakçıları Paşinyanın doğum günündə Yerevan və digər şəhərlərin küçələrinə #SutNikol (Yalançı Nikol) heşteqi ilə qraffiti çəkiblər. 

Aksiya “Yalanın doğuluşu” şüarı ilə keçirilib. Tədbirin təşkilatçılarından olan blogger Artur Danielyan bildirib ki, onlara Yerevanın 11 inzibati rayonu və 12 digər şəhərlərdən 90 nəfər qoşulub. Danielyanın sözlərinə görə, onlar baş naziri bu yolla “təbrik etmək” istəyiblər. 

Blogger aksiyada 30 nəfərin polis tərəfindən saxlanıldığını deyib.