Ermənistanda Paşinyana rəqib tapılmadı

ermenistanda-pasinyana-reqib-tapilmadi
Oxunma sayı: 2941

Xəbər verdiyimiz kimi, Ermənistanda etiraz aksiyalarının təşkilatçısı Nikol Paşinyanın “Elk” parlament fraksiyası tərəfindən rəsmi olaraq baş nazir postuna namizədliyi irəli sürülüb.

“Qafqazinfo” xəbər verir ki, yerli vaxtla 17:00-a qədər başqa namizədlik irəli sürülmədiyi üçün Paşinyanın səsverməyə yeganə namizəd kimi çıxacağı dəqiqləşib.

Qeyd edək ki, 105 deputatın yer aldığı Ermənistan parlamentində 53 deputat Paşinyanı dəstəkləyərsə, yeni baş nazir o olacaq.