Ermənistanda polislə toqquşmalar - 13 nəfər xəsarət aldı + Video

ermenistanda-polisle-toqqusmalar
Oxunma sayı: 1402

Ermənistanın İcevan şəhərində polislə toqquşma zamanı 13 nəfər xəsarət alıb.

"Qafqazinfo" “Hetq” nəşrinə istinadən xəbər verir ki, etirazçılar Gürcüstana gedən avtomobil yolunu kəsiblər və onlara meşələrdə odunları tədarük etməyə icazə verməyi tələb ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları yolu açmağa çalışıblar. Bu zaman etirazçılarla polis əməkdaşları arasında toqquşma başlayıb. Aksiyaçılar polisləri daşa basıblar, asayiş keşikçiləri geri çəkiliblər.

Nəşrin məlumatına görə, yaralılar arasında polis əməkdaşları da var. Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib.