Ermənistanda polkovnikin maşını atəşə tutulub

ermenistanda-polkovnikin-masini-atese-tutulub
Oxunma sayı: 1178

Ermənistan Müdafiə Nazirliyinin polkovnikinin avtomobili atəşə tutulub.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, naməlum şəxslər gecə saatlarında evinin həyətində Karen Darbinyanın maşınına atəş açıblar. Polkovnikin avtomobilinə zərər dəyib, xəsarət alan olmayıb. 

İnsidentin səbəbi bilinmir.