Ermənistanda qar uçqununda qalan hərbçinin cəsədi tapıldı - Yenilənib

Ermənistanda qar uçqununda qalan hərbçinin cəsədi tapıldı
Oxunma sayı: 873

Ermənistanda bir qrup hərbi qulluqçu qar uçqununun altında qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Armeniya” saytına Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

İnsident ötən gün Sisian şəhəri yaxınlığında qeydə alınıb. Hazırda hərbçilər uçqunun altından xilas ediliblər, lakin bir əsgəri tapmaq mümkün olmayıb. 

Axtarış-xilasetmə işləri davam etdirilir. 

***

Ermənistanda Sisian şəhəri yaxınlığında qar uçqunu altında qalan hərbçinin cəsədi tapılıb.

Bu barədə müdafiə nazirinin mətbuat katibi Artsrun Ovannisyan “Facebook” səhifəsində yazıb: “Axtarış-xilasetmə tədbirləri nəticəsində 1995-ci il təvəllüdlü Ayk Karamyanın cəsədi tapılıb”. 

Uçqundan xilas edilən hərbçilərin vəziyyətinin normal olduğu bildirillir.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi