Ermənistanda rus əsgər öldü - Yenilənib

ermenistanda-rus-esger-oldu
Oxunma sayı: 2112

Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyanın 102-ci hərbi bazasında əsgər ölümü hadisəsi baş verib.

“Qafqazinfo”nun “TASS”a istinadən məlumatına görə, hərbi qulluqçunun 23 yaşı olub. Onun üzərində zorakılıq əlamətləri aşkarlanıb.

“Ölən 23 yaşlı hərbi qulluqçu Rusiyanın 102-ci hərbi bazasının əsgəridir. Onun bədənində kəsilmiş-deşilmiş izləri aşkarlanıb”, - deyə Ermənistanın İstintaq Komitəsinin məlumatında deyilir.

Faktla bağlı cinayət işi açılıb.

***

102-ci bazada ölən əsgərin şəxsiyyəti və ölüm səbəbi aydınlaşıb. 23 yaşlı Aleksandr Babuşkin ölümündən 2 gün əvvəl motosiklet qəzasına düşüb. Ağır travmalar alan hərbçi həkimə müraciət etməyib. Dalağı parçalanan əsgər daxili qanaxmadan dünyasını dəyişib.