Ermənistanda rus əsgər xidmət yoldaşını öldürüb intihar etdi

ermenistanda-rus-esger-xidmet-yoldasini-oldurub-intihar-etdi
Oxunma sayı: 910

Ermənistanda Rusiya Silahlı Qüvvələrinin əsgəri intihar edib.

“Qafqazinfo”nun “news.am” saytına istinadən verdiyi məlumata görə, müddətdən artıq xidmətdə olan hərbi qulluqçu odlu silahdan atəş açaraq bilmədən xidmət yoldaşını öldürüb, daha sonra isə özünü güllələyib.

“Oktyabrın 23-də “Alagəz” poliqonunda təlimlərdən sonra silahlar təhvil verildiyi zaman müddətdən artıq xidmətdə olan hərbi qulluqçu təhlükəsizlik tələblərini kobud şəkildə pozub, avtomat silahdan atəş açılması nəticəsində digər hərbçi ölümcül yaralanıb. O, baş vermiş hadisədən və onun məsuliyyətindən qorxduğuna görə intihar edib”,- deyə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin məlumatında bildirilir.

Hadisə yerində Cənub Hərbi Dairəsinin komissiyası işləyir.