Ermənistanda rus hərbçi süpürgəçi qadını döyərək öldürüb

ermenistanda-rus-herbci-supurgeci-qadini-doyerek-oldurub
Oxunma sayı: 1024

Ermənistanda süpürgəçi qadını döyərək öldürməkdə şübhəli bilinən Gümrüdəki Rusiya hərbi bazasının hərbçisi saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb. 

Söhbət dekabrın 3-də Gümrüdə baş verən qətl hadisəsindən gedir. Süpürgəçi işləyən 57 yaşlı qadın xüsusi amansızlıqla döyülərək qətlə yetirilmişdi. 

Qeyd edək ki, daha əvvəl erməni KİV-i qətldə rus hərbçisinin əli olduğunu yazmışdı. Rusiyanın bu ölkədəki səfirliyi isə ittihamları sərt şəkildə təkzib etmişdi.