Ermənistanda saxlanılan etirazçı sayı 100 oldu - Yenilənib

ermenistanda-saxlanilan-etirazci-sayi-100-oldu
Oxunma sayı: 1793

Ermənistanda aksiyalar zamanı bu gün 33 nəfər saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, Ermənistan polisindən bildirilib ki, əgər onlar yaxın 3 saatda buraxılmasalar, deməli, qanun pozuntusunda şübhəli biliniblər. 

Qeyd edək ki, daha əvvəl aksiya təşkilatçısı, deputat Nikol Paşinyan bəyan etmişdi ki, Ermənistanda dövlət orqanlarının işini iflic etməyi hədəfləyirlər. Bu gün isə tərəfdarları ilə birgə hökumət binasına girişi bağlamağa cəhd edib, lakin polis nümayişçiləri dağıda bilib. 

Mitinq iştirakçıları hazırda paytaxtda yerləşən ABŞ səfirliyinə doğru gedirlər. Prospektlə irəliləyən kütlə avtomobillərin hərəkətində maneə yaradıblar.  

***

Ermənistanda müxtəlif polis bölmələrinə etiraz aksiyalarında iştirak edən ümumilikdə 100 nümayişçi aparılıb.