Ermənistanda seçki məntəqəsində qanunsuzluq aşkarlandı - Səsvermə dayandırıldı

ermenistanda-secki-menteqesinde-qanunsuzluq-askarlandi
Oxunma sayı: 1794

Ermənistanda növbədənkənar parlament seçkilərində qanun pozuntuları ilə bağlı məlumatlar yayılmağa başlayıb.

“Qafqazinfo” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Loriysk vilayətindəki 22/26 seçki məntəqəsində baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın “Mənim addımım” blokunun bülletenləri olmayıb.

Bu səbəbdən həmin məntəqədə seçkilər dayandırılıb.

Bundan başqa, Razdan və Ararat şəhərindəki məntəqələrdə də pozuntuların aşkarlanması barədə də xəbərlər yayılıb.

Qeyd edək ki, seçkilər üçün 2010 seçki məntəqəsi qurulub.