Ermənistanda Şura üzvlüyünə namizəd tribunadan yıxıldı - Video

ermenistanda-sura-uzvluyune-namized-tribunadan-yixildi
Oxunma sayı: 2030

Bu gün Ermənistan parlamentinin növbədənkənar iclasında gözlənilməz hadisə yaşanıb.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, Ali Məhkəmə Şurasının üzvünün seçilməsi məsələsinin müzakirə olunduğu iclasda tribunaya Şuraya namizədliyi irəli sürülmüş Anna Marqaryan çıxıb. O, çıxışını bitirdikdən sonra tribunadan düşmək istəyərkən yıxılıb. Zaldakılar ona kömək etmək istəsələr də, Marqaryan özü ayağa qalxıb. 

Qeyd edək ki, Marqaryanın Şura üzvlüyünə namizədliyi “Mənim addımım” fraksiyası tərəfindən irəli sürülüb.