Ermənistanda tələbələr də aksiyaya qoşuldu

ermenistanda-telebeler-de-aksiyaya-qosuldu
Oxunma sayı: 1172


Hökümət evinin qarşısına toplaşan gənclər və valideynlər təhsil haqlarının artırılması əleyhinə cıxışlar edərək bu qərarın dərhal ləğv edilməsini və təhsil naziri A.Aşotyanla şəxsən görüşmək istədiklərini bildirmişlər.Qərarın yuxarı kurs tələbərinə aidiatı olmasa da onlar öz tələbə yoldaşlarını müdafiə etməyə gəlmişdilər.

İqtisadiyyatı getdikcə zəifləyən, əhalisinin 40 % -nin yoxsulluq şəraitində yaşayan Ermənistanda İqtisadi-siyasi böhranın dərinləşdiyi bir dövrdə ölkənin beş aparıcı ali təhsil müəssisələrində təhsil qiymətlərinin artırılması yeni uzun müddətli aksiyaların keçiriləcəyindən xəbər verir.

İndi isə illik qiymət artımı elan olunmuş universitetlər və qiymətlər haqqında:

(Qeyd edək ki, qiymətlər Ermənistan pul vahidi dramladır və 410 -dram 1 dollar dəyərindədir)

1. Yerevan Dövlət Universiteti: 20000-100000 dram artıb.Ümumi məbləğ 40000-800000 dram olub.

2. İqtisad Universiteti :100000-150000 dram artıb.Ümumi məbləğ 500000-600000 dram olub.

3.Dövlət Konservatoriyası : 100000-200000 dram artıb. Ümumi məbləğ 700000-800000 dram olub.

4.Memarlıq Universiteti:50000-70000 dram artıb.Ümumi məbləğ 402000-522000 dram olub.

5.Arxitektura və İnşaat Universitetində ən az artım olub: 10000-20000.Ümumi artım 380000-590000 dram olub.

Universitet müəllimlərinin də fəal iştirak etdiyi aksiyalarda məlum olub ki, qiymət artımlarına baxmayaraq müəllimlərin maaşları artmayacaq.

Qeyd edək ki, artımlar 2013-2014 cü təhsil ili üçün nəzərdə tutulub və bu il qəbul olan tələbələr üçün nəzərdə tutulmuşdur.

İsmayıl Tanrıverdi. BDU-nun erməni araşdırmaları ETL-nin böyük elmi işçisi.