Ermənistanda tələbələr tətil elan etdilər, aksiyaya qoşuldular

ermenistanda-telebeler-tetil-elan-etdiler-aksiyaya-qosuldular
Oxunma sayı: 1461

Ermənistanda Serj Sarkisyanın əleyhinə keçirilən aksiya bu gün də davam edir. “Qafqazinfo” xəbər verir ki, nümayişçilər əsas liderlər olmadan yürüşü davam etdirməli olublar. 

Qeyd edək ki, ötən gün mitinqin təşkilatçısı, deputat Nikol Paşinyan və digər deputatlar Sasun Mikaelyanla Ararat Mirzoyan saxlanılıblar.  

Ermənistan universitetlərinin tələbələri də bu gündən etibarən tətilə başlayıblar. Onlar paytaxt küçələrində dinc yürüş keçirərək digər universitetləri də onlara qoşulmağa səsləyiblər. Tələbələr hakimiyyət dəyişikliyini dəstəkləyən şüarlar səsləndirirlər. 

Xatırladaq ki, Sarkisyanla Paşinyan arasında baş tutan 3 dəqiqəlik dialoq nəticəsiz qalıb. Baş nazir müxalifətçinin hərəkətlərini şantaj adlandırıb və onu hüquqi müstəviyə qayıtmağa səsləyib, əks halda bütün məsuliyyət onun üzərində qalacaq. Sarkisyanla görüşdən dərhal sonra Paşinyan saxlanılaraq polis bölməsinə aparılıb.