“Ermənistanda vəziyyət yaxşılaşandan sonra Qarabağ danışıqları aparıla bilər”

ermenistanda-veziyyet-yaxsilasandan-sonra-qarabag-danisiqlari-aparila-biler
Oxunma sayı: 1762

“Rusiya bundan sonra da münaqişə tərəflərinə Qarabağ probleminin həllində kömək göstərəcək”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinq zamanı deyib. O, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların Ermənistanda vəziyyət stabilləşəndən sonra davam etdiriləcəyini bildirib:

“Ermənistan hazırda mürəkkəb siyasi dövr yaşayır. Düşünürəm ki, bir qədər gözləmək lazımdır. Orada siyasi vəziyyət yaxşılaşanda danışıqlar aparmaq olar”. 

Qeyd edək ki, müxalif lider Nikol Paşinyanın tərəfdarları Ermənistanda etiraz aksiyaları keçirirlər. Onlar Paşinyanın baş nazir təyin olunmasını tələb edirlər. 

Nuranə