Ermənistanda yeni hökumət formalaşdı

ermenistanda-yeni-hokumet-formalasdi
Oxunma sayı: 634

Musavat.com-un “İnterfaks”a istinadən verdiyi məlumata görə, hökumətin tərkibində ciddi dəyişiklik yoxdur.

Hakim partiyanın mətbuat katibi Eduard Şarmazanov jurnalistlərə bildirib ki, maliyyə naziri Vaçe Qabrielyanın hökumətin aparat rəhbəri təyin edilməsi qərara alınıb: “İslahatlar siyasəti ilə əlaqədar bu vəzifə həm də nazir statusuna malik olacaq”.

Baş nazirin təklifi ilə maliyyə naziri vəzifəsinin hökumət aparatının rəşbəri David Sarkisyana tapşırılması qərara alınıb. İdman və gənclər naziri Qraçya Rostomyan vəzifəsi ilə vidalaşacaq. Onun yerinə Sovet illərinin tanınmış ağırlıqqaldıranı Yuri Vardanya təyin ediləcək.

İqtisadiyyat naziri Tiqran Davtyan da yeni hökumətdə nazir olmayacaq və Ermənistanı Ümumdünya Ticarət Təhkilatında təmsil edəcək. Nazir vəzifəsinə isə 90-cı illərin ortalarında iqtisadiyyat naziri işləmiş Vaqram Avanesyan tutacaq.

“Qalan nazirlər öz postlarında qalıblar”, - Eduard Şarmazanov bildirib.