Ermənistanda yenidən etirazlar başladı - Video

Ermənistanda yenidən etirazlar başladı
Oxunma sayı: 1570

Ermənistanda yenidən etiraz aksiyaları keçirilir.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, onlarla aksiyaçı Yerevan meriyasının binasına soxulub. Onlar şəhər qubernatoru Taron Markaryanın istefasını tələb edirlər. Aksiyada eks-prezident Serj Sarkisyan əleyhinə mitinqlərdə səsləndirilən şüarlar səslənib. Onlar əvvəlcə merlə görüş tələb ediblər.

Ancaq Markaryanla görüşə bilməyən etirazçılar meriyanın digər nümayəndələri ilə danışıqlar aparıblar. Aksiyaçılar “Taron Markaryan bizi bezdirib” deyərək onun postundan getməyini istəyiblər.

Bundan başqa, “Nairit” zavodunun işçiləri də dörd aydır maaşlarını ala bilmədikləri və vaxtı bitmiş əmək müqavilələri yenilənmədiyi üçün etiraz aksiyalarına başlayıblar.

Nuranə 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi