Ermənistanda yüksək rütbəli zabit həbs olunub

ermenistanda-yuksek-rutbeli-zabit-hebs-olunub
Oxunma sayı: 1779

Ermənistan silahlı qüvvələrinin polkovnik-leytenantı həbs olunub.

“Qafqazinfo” “News.am” saytına istinadən xəbər verir ki, adı açıqlanmayan zabit polisin Ermənistan milli təhlükəsizlik nazirliyinin əməkdaşları  ilə birgə keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Qeyd olunur ki, o, 2017-ci ildən bugünə qədər gənc əsgərlərin ilkin hərbi hazırlığı istədikləri hərbi hissələrdə keçməsi üçün onların valideynlərindən külli miqdarda rüşvət alıb.