Ermənistandakı aclıq “Facebook”a da çatdı

ermenistandaki-acliq-facebooka-da-catdi
Oxunma sayı: 652

"Qafqazinfo" Ermənistan KİV-lərinə istinadən bildirir ki, bir neçə saatdan sonra V. Oskanyanın fikirlərini 10 mindən çox istifadəçi paylaşmış, şərik çıxdıqlarını bildirmiş və şərhlər yazmışlar. Şərhlərin əksəriyyətində göstərilir ki, Ermənistanın bugünkü hakimiyyəti açıq-aşkar şəkildə nəinki xalqla razılaşmır, onun minimal tələbatlarını da ödəmək iqtidarında deyildir.

V. Oskanyan qeyd edib ki, Ermənistana Amerikada və Avropada fəaliyyət göstərən diaspor təşkilatları ilə yanaşı, dövlətlərdə rəsmi qaydada yardım etmək istəyirlər. Lakin onlar Ermənistan hakimiyyətinin əsil simasını gördükdən sonra yardım göstərməkdən imtina edirlər. Hakimiyyətin əsil siması isə ondan ibarətdir ki, başda Serj Sarkisyan olmaqla oliqarxlar islahatlar keçirib iqtisadi vəziyyəti yaxşılaşdırmaq istəmirlər. Əgər islahatlar keçirilsə hakim dairələr heç nə oğurlaya bilməyəcəklər. Prezident yalnız öz ətrafındakı adamların qayğısına qalıq, çünki xeyiri onlardan görür, xalqdan yox.