“Ermənistandakı aksiyalarda ABŞ-ın əli var” - Jirinovski

ermenistandaki-aksiyalarda-abs-in-eli-var
Oxunma sayı: 1764

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Ermənistanda keçirilən etiraz aksiyalarına münasibət bildirib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, partiya rəhbəri baş vermiş qarışıqlıqda ABŞ-ın əli olduğunu deyib:

“Yerevan hadisələri onu göstərir ki, ABŞ təkcə ziyalılara deyil, vəziyyəti çətinləşdirmək üçün gənclərə də təsir göstərir. Onlar başa düşdülər ki, ziyalılar cəld reaksiyaya və hərəkətlərə qadir deyillər. Gənclər isə inqilaba meyilli və daha aqressivdirlər. Bu da öz nəticələrini göstərir”.

Jirinovski, həmçinin, Ermənistan hökumətinə məsləhət görüb ki, yeni etirazçıları öz sıralarına çəksin. Bununla da asayişi bərpa etmək olar. 

Nuranə