Ermənistandakı dəyişiklik münaqişənin həllinə ümid yaradır

ermenistandaki-deyisiklik-munaqisenin-helline-umid-yaradir
Oxunma sayı: 1197

“Regionda təhlükəsizliyin pozulmasında əsas təhlükə mənbəyi işğalçılıq, etnik təmizləmə və ərazi bütövlüyünü pozulmasıdır. Ermənistanın 25 ildən çox davam edən işğalçılıq siyasətinin qarşısının alınması bütün region üçün mühüm əhəmiyyət kəsb edir”.

“Qafqazinfo” xəbər verir ki,  ATƏT Parlament Assambleyasının Bişkekdə başlayan payız sessiyasında çıxış edən Azərbaycanın sözügedən qurumda nümayəndə heyətinin sədr müavini, deputat Tahir Mirkişili deyib. 

O, xatırladıb ki, bu gün Azərbaycan ərazisinin 1/5-i işğal altında, əhalinin isə hər 9 nəfərindən 1-i məcburi köçkündür: “Bu fakt həm də Azərbaycanda prioritet olan insan kapitalının inkişafına manedir. Ermənistanda hökumət dəyişikliyi Dağıq Qarabağ münaqişənin ədalətli həllinə müəyyən ümidlər yaradır. Sonrakı prosseslərin və Ermənistanın yeni rəhbərliyinin ziddiyyətli bəyanatları münaqişənin həllinə zərbə vurur və bu regionda yeni təhlükəlli situasiya yaradır”.

Azərbaycanda insan kapitalının inkişafından danışan deputat  Bakı şəhərini “World EXPO2025” sərgisinə ev sahibliyi etmək üçün namizədliyini verdiyini göstərərək Azərbaycanın bu tədbirdə əsas diqqəti “İnsan kapitalının inkişafı və daha yaxşı həyat qurmaq”a yönəltdiyini göstərib: “Azərbaycan qalib gələcəyi təqdirdə regionda ilk dəfə olaraq keçirələcək bu tədbirin əslində həm də bütöv bir regionun inkişafına və təhlükəsizliyin təmin olunmasında insan kapitalının inkişafı ilə öz töhfəsini verəcək”.

Günel Türksoy